Trampın təklif etdiyi səhiyyə islahatı Konqresdən keçmədi

25-03-2017, 11:13           
Trampın təklif etdiyi səhiyyə islahatı Konqresdən keçmədi
ABŞ prezidenti Donald Tramp “Obamacare” tibbi sığorta sistemini əvəzlənməsinə yönələn qanun layihəsini Konqresdən geri götürüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp spiker Pol Rayandan təklif etdiyi sənədin geri götürülməsini xahiş edib.

Məlumata görə, 6 saatdan çox davam edən debatlarda Konqres üzvlərinin əksəriyyəti D.Trampın təşəbbüsünün əleyhinə çıxış edib.

Qeyd edək ki, Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru