Ukraynada hərbi helikopter qəzaya uğradı - 5 ölü 26-03-2017, 22:20 Ukraynanın Donbas bölgəsində “Mi-2” helikopteri qəzaya uğrayıb.AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə helikopterin elektrik xətti ilə toqquşması nəticəsində baş verib.Məlumata görə, qəza nəticəsində 3-ü ekipaj üzvü, 2-si sərnişin olmaqla 5 nəfər ölüb.Qəza yerinə mütəxəssislər cəlb edilib. Facebook-da paylaş