İsrailli din adamının yəhudi uşaqları ABŞ-a satdığı üzə çıxdı - İsraildə böyük qalmaqal

16-08-2017, 10:39           
İsrailli din adamının yəhudi uşaqları ABŞ-a satdığı üzə çıxdı - İsraildə böyük qalmaqal
İsrailin “Yedioth Ahronoth” qəzeti yəhudi uşaqların Amerika Birləşmiş Ştatlarında satıldığını iddia edib.
Avropa.info xəbər verir ki, qəzetin yazdığına görə, İsrailin tanınmış din adamlarından olan Yousfi qeyri-qanuni şəkildə hamilə qalan gənc qızların uşaqlarını ABŞ-da satmaq üçün vasitəçilik edir.
Qəzet bu məsələni araşdırmaq üçün Aşırı Hetorah Yəhudiləri partiyasının dini qolu Daiqle Hetorah qurumunda çalışan Haim Aharon Yousfinin yanına dindar bir yəhudi qız göndərib.
Yousfi ilə bir neçə dəfə görüşən yəhudi qız, evli bir adamdan hamilə olduğunu və çətin vəziyyətdə qaldığını söyləyib. Bundan sonra, Yousfi qızı hamilə olduğu məlum olmadan əvvəl uşağı doğub satması üçün Amerikaya göndərib.
Qəzet Yousfinin öncəki illərdə Amerikadakı dindar israillilərə uşaq satmaq, saxta sənədlər hazırlamaq və cinsi istismar cinayətlərindən dindirildiyini üzə çıxarıb.
Xəbərə görə, Amerikada uşaq götürmək istəyən israilli ailələrin siyahısına sahib olduğu öyrənilən Yousfi, uşağı satması qarşılığında uşağın anasına 50 min dollar verərkən, özü böyük miqdarda məbləğ alır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.