Honkonqda güclü qasırğa baş verib, ölən və yaralananlar var video

28-08-2017, 08:06           

Honkonqda baş verən güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 62 nəfər xəsarət alıb, Çinin xüsusi inzibati bölgəsi Makaoda isə 8 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət həmçinin Makao, Honkonq və Çinin Quandun əyalətlərini əhatə edib.

“Pakxar” qasırğası ilə əlaqədar görə Honkonqun beynəlxalq hava limanında 670 uçuş ləğv edilib, dəniz nəqliyyatı dayandırılıb, ictimai nəqliyyat iflic olub. Şəhərdə həmçinin dövlət idarələri, banklar və məktəblər bağlanıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, avqustun 24-də Çinin cənubunda “Xato” qasırğası 12 nəfərin həyatına son qoyub.
[media=https://www.youtube.com/watch?v=F7yx8QcpEpE]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru