ABŞ-da müəmmalı qəza: İraqlı pilot öldü

7-09-2017, 08:02           
ABŞ-da müəmmalı qəza: İraqlı pilot öldü
ABŞ-ın Arizona ştatında iraqlı pilotun idarə etdiyi F-16 qırıcısı qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, Tukson şəhərində yerə çırpılan qırıcının pilotu həlak olub.

Hadisə ilə bağlı ABŞ Hərbi Hava Qüvvələrində araşdırmalar başladılıb.

Qeyd edək ki, bu, son illər iraqlı pilotların ölümü ilə nəticələnən 2-ci belə qəzadır.

1990-cı ildən bəri ABŞ Hərbi Hava Qüvvələrinin 142-ci alayı İraq, Sinqapur, Polşa, İordaniya, Danimarka, Belçika, Norveç və Hollandiyadan olan pilotların iştirakı ilə hərbi təlimlər keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru