Böyük Britaniya - "çirkli pul" yayanlar üçün cənnət

5-08-2015, 11:15           
Böyük Britaniya - "çirkli pul" yayanlar üçün cənnət
Britaniyada korrupsiya ilə mübarizə fəalı Roman Borisoviç “Rusiyadan nağd pulla” adlı verilişində ölkədə milyonlarla “çirkli pul”un necə yuyulduğunu aşkara çıxarıb.

Roman özünü Rusiya naziri kimi təqdim edərək Londonun mərkəzində əmlak almaq üçün şəhərin bir neçə daşınmaz əmlak agentliyini ziyarət edib.

“Hətta mən həmin pulların dərmanlar üçün nəzərdə tutulduğunu, yaxud oğurladığımı deyəndə də onlar öz işlərində idilər. Bu o demək idi ki, xəstə insanlar dərmansız qalacaq. Onların isə vecinə belə deyildi”- deyə fəal vəziyyətin acınacaqlığını biruzə verməyə çalışır

“Rusiyadan nəğd pulla” verilişindən epizod

Dırnaqarası biznesmenlər bununla da kifayətlənməyərək Borisoviçin pullarını yumaq üçün ona təkliflər belə ediblər. Alıcının adının gizli qalması üçün agentlər əmlakı offşor təşkilatları vasitəsilə almağı məsləhət görüb. Biri Kiprdəki vergi sığınacaqından yararlanmağı, yaxud Britaniya ərazisi olan Cersidə qondarma şirkət qurmağı məsləhət görüb. “Bir agent var idi, bizimlə Cersidəki maliyyəçilər və kiprli vəkil arasında təmas qurmağa hazır idi”- deyə, Roman Borisoviç bildirir.
Hökumətin hesablamalarına görə, Britaniyadakı 191 milyardlıq əmlak offşor şirkətlərinə məxsusdur. Bu həftə Sinqapura səfəri zamanı müsahibə verən baş nazir David Kameron alqı-satqının qanuni olduğunu, lakin bəzi problemlərin də mövcud olduğunu dedi. “Biz korrupsioner rəsmilərin və cinayətkarların Londonda offşor şirkətlərinə qeyri-qanuni investisiyalarının qarşısını almalıyıq”.

London Drayton Gardens binası: Burada bir apartamentin orta qiyməti 4,4 milyon funt strlinqdir (təqribən 7,1 AZN)

Təhlilçilər deyirlər ki, hökumət çirkli pulların yuyulmasını artıq illərdir bilir. Cinayət yolu ilə, bəlkə də terrorizmdən əldə edilən çirkli pulların qarşısı isə dərhal alınmalıdır. Britaniya qanununa görə, əmlak alqı-satqısı ilə məşğul olan agentlər cinayət yolu ilə qazanılan pullarla alınan əmlak barədə məlumat verməlidir. Lakin onlar deyirlər ki, bu pulların hansı yolla əldə edildiyini bilmək qeyri-mümkündür.

Qeyd edək ki, son 5 ildə Londonun ən bahalı əmlaklarına qiymətlər 42 faiz artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.