İsraildən etiraf: “Suriyada nüvə reaktorunu vurmuşuq”

21-03-2018, 17:05           
İsraildən etiraf: “Suriyada nüvə reaktorunu vurmuşuq”
İsrail 2007-ci ildə Suriyada nüvə reaktorunu bombaladığını etiraf edib.

Virtualaz.org bildirir ki, İsrail ordusunun saytında yerləşdirilən məlumatda belə deyilir.

Məlumata görə, əməliyyat həmin il sentyabrın 5-dən 6-na keçən gecə baş verib. Praktiki olaraq tamamlanmış müəssisə Deyr əz-Zor əyalətində-Dəməşqin 280 mil şimal-şərqində yerləşib.

“4 ədəd F-16 təyyarəmiz yalnız İsrail deyil, bütün region üçün yaranan təhlükəni zərərsizləşdirdi”, - deyə məlumatda bildirilib.

İsrail məlumatı indiyə qədər gizlətməsinə səbəb kimi ərazinin uzun müddət İŞİD terror qruplaşmasının nəzarətində qalmasını göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru