ŞOK: Qobi səhrasında gizli hərbi-kosmik baza aşkar edildi - VİDEO

19-08-2018, 14:01           
ŞOK: Qobi səhrasında gizli hərbi-kosmik baza aşkar edildi - VİDEO
Qobi səhrasında naməlum obyekt "Google Earth" vasitəsilə təsadüfən aşkar edilib.

Milli.Az xəbər verir ki, obyekt Çinlə Monqolustanın sərhədində aşkarlanıb.

Tədqiqatçıların "Youtube" kanalında yerləşdirdikləri videokadrlarda sirli "texniki obyekt"in detallarını rahatlıqla müşahidə etmək olur.

Bleyk və Brett Kuzens qardaşlarının fikrincə, obyekt gizli hərbi bazadır. Tədqiqatçıların diqqətini, həmçinin, hündürlükdən yaxşı görünən həndəsi naxışlar cəlb edib.

Kuzenslər hesab edirlər ki, onlar tərəfindən aşkar edilmiş obyekt yadplanetlilərə aid ola bilər. Gümanlarına görə, səhrada məxfi kosmik baza yaradılıb.

Çünki qeyd etməyə dəyər ki, "Google"un Yer üzündə olan hər hansı obyekti ad kimi tanımaması nadir hadisədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.