Ukrayna polisi azərbaycanlını öldürdü

23-08-2018, 00:10           
Ukrayna polisi azərbaycanlını öldürdü
Ukraynada polis “Mitsubişi” markalı avtomobillə Kiyev-Odessa yolunda hərəkət zamanı yolun hərəkət hissəsini keçən piyadanı vurub.

Oxu.az xəbər verir ki, polis piyadanın beton arakəsmədən şosseyə sıçradığını bildirib.

Məlumata görə, piyada aldığı bədən xəsarətlərindən yerindəcə keçinib.

Polis həmin şəxsin Azərbaycan vətəndaşı olduğunu bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.