ABŞ Çindən idxal olunan 16 mlrd. dollarlıq məhsula 25 faiz vergi tətbiq edir

23-08-2018, 07:54           
ABŞ Çindən idxal olunan 16 mlrd. dollarlıq məhsula 25 faiz vergi tətbiq edir
Bu gün Çindən Birləşmiş Ştatlara idxal olunan və ümumi dəyəri 16 milyard dollar dəyərində qiymətləndirilən mallara 25 faiz rüsum tətbiq olunacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Robert Laythayzerin aparatından bildiriblər ki, bu siyahıya 279 adda Çin məhsulu daxil olacaq.

Cümə axşamı günü tətbiq olunacaq rüsumlar Laythayzerin Çindən idxal olunan 50 mlrd. dollarlıq məhsula 25 faizlik rüsum qoyulacağı barədə anonsunun ikinci hissəsidir. Rüsumların birinci hissəsi (34 mlrd. dollarlıq) iyulun 6-da tətbiq olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru