“Tvitter” hesabındakı paylaşmaları ilə daima qalmaqal yaradan ABŞ prezidenti Donald Tramp bu səfər də dünyanın və ölkəsinin ən böyük kampaniyalarından olan “Google” şirkətini hədəfə alıb. O, bu axtarış sisteminin gerçək mətbuatı göstərmədiyini və hiylə işlətdiyini iddia edib.
Tramp sosial mediadakı hesabındakı açıqlamasında deyib: “Tramp xəbərlərini axtaran zaman yalan xəbərlər (fake news) çıxır. Respublikaçıların – mühafizəkarların mediası əngəllənir, 96 faiz həcmində sol medianın xəbərləri verilir. “Google” muhafazakarların səsini batırır, informasiya və xəbərləri rəsmən gizləyir. Bu çox ciddi vəziyyətdir və bu məsələ diqqətdən yayınmayacaq”.
Ağ Ev nümayəndələri və “Google” isə hələ ki, Trampın paylaşmaları ilə bağlı açıqlama verməyiblər.