Şengen ölkələri üçün sərt qərar qəbul olunub

6-09-2018, 12:12           
Şengen ölkələri üçün sərt qərar qəbul olunub
Yeni qərara əsasən, səyahət icazəsi 3 il müddətində keçərli olacaq

Avropa İttifaqı (Aİ) 26 ölkədən ibarət olan Şengen bölgəsi haqqında yeni dəyişiklikləri qəbul edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yeni qərara görə bir-birilərinə qarşılıqlı səfərlərdə viza tələb olunmayan həmin 26 ölkənin vətəndaşları bundan sonra xüsusi səyahət icazəsi almalı olacaqlar.

Qərar qüvvəyə mindikdən sonra Şengen daxilində vizasız səyahət edən hər kəs səyahət icazəsi üçün 7 avro ödəyərək qeydiyyatdan keçməli olacaq. Onlar şəxsi məlumatlarını, səyahət sənədləri, yaşayış yerlərini, əlaqə vasitələrini, əvvəllər cinayət törədib-törətmədikləri haqda məlumatları təqdim edəcəklər. Sistemə daxil edilən məlumatlar Ümumavropa təhlükəsizlik məlumat bazası ilə müqayisə ediləcək.

2021-ci ildə qüvvəyə minəcəyi gözlənilən qərara əsasən, səyahət icazəsi 3 il müddətində keçərli olacaq.

Qeyd edək ki, Şengen bölgəsi 26 Avropa ölkəsindən ibarətdir: Belçika, Avstriya, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Latviya, Lüksemburq, Malta, Hollandiya, İsveç, İsveçrə, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, Lixtenşteyn.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru