Azərbaycanı bütövləşdirmiş Böyük şah - Xətainin doğum günüdür

17-07-2020, 12:40           
Azərbaycanı bütövləşdirmiş Böyük şah - Xətainin doğum günüdür
Bu gün tarixdə Azərbaycanın görkəmli dövlət xadimi, şair Şah İsmayıl Xətainin doğum günüdür.

Şah İsmayıl Xətai 17 iyul 1487-ci ildə Ərdəbildə dünyaya göz açıb. Əsl adı Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvidir. Babaları Ərdəbil şeyxlərindəndir. Ömrünün çox erkən çağlarında- 14 yaşında hakimiyyətə gəlib. 1501-ci ildə Təbrizə daxil olan İşmayıl ibn Heydər özünü şah, Təbrizi isə yeni dövlətin mərkəzi elan edib. Şah İsmayıl Səfəvi Xətai – 14 yaşında hakimiyyətə gələn, 14 il ərzində 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir. Onun zamanında dövlətin idarəçi orqanlarının və ordunun əsas hissəsini türklər təşkil edirdi.

Xətai orduya həm sözü, həm də sərkərdə ruhu ilə motivasiya verən bir hökmdar olub. Belə ki, ulu Şahın eyni zamanda bir şair olduğu da hər kəsə məlumdur. Ordu hərb meydanına gedərkən Şah İsmayıl Xətainin şeirləri cəngi havası üstündə oxunub və zəfərə inamı artırıb. Eyni zamanda Şah İsmayıl Xətai dahi strateq idi.

Öz qoşunlarını 12 yerə bölərək, aypara şəklində düzərmiş. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malik olub. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirir və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını verirlər. Şah İsmayıl Xətai ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan olub. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılıb və Azərbaycana xas bu idman növü geniş yayılıb. Şah İsmayıl Xətai bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətini yaradıb. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşü ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub.

Bu da fatehlərə xasdır. O şeirləri ilə Türk dilinin inkişafında mühüm rol oynayıb və sarayda istifadə olunan əsas dövlət dili Türk dili olub. Şah İsmayıl Xətai bir çox döyüşlərdən qələbə ilə dönüb. Tarixdə girdiyi ən ağır döyüş 1514-cü ildə Çaldıran döyüşü olub. Burada ağır yaralanıb. Dövlət ərazilərinin böyük hissəsi itirilib. Ondan sonra gələn varisləri isə bu əraziləri bərpa etməyə çalışıblar. Şah İsmayıl Xətai 23 may 1524-cü ildə Sərab şəhərində vəfat edib.

Əli Bədir
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.