Qurban bayramında insanların 4 gün çölə çıxmasına qadağa qoyula bilərmi? - AÇIQLAMA

27-07-2020, 11:55           
Qurban bayramında insanların 4 gün çölə çıxmasına qadağa qoyula bilərmi?
Qurban bayramı münasibətilə Azərbaycanda 4 gün qeyri-iş günüdür. 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq. Azərbaycanda 4 gün insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, son günlərin yoluxma dinamikasına baxdığımız zaman vəziyyətin müsbətə doğru getməsinin şahidi oluruq:

"Sağalanların sayı yoluxanlardan çoxdur. Artıq bir neçə gündür ki, bu müsbət dinamika davam edir. Amma bu nəticələrdən arxayın olmaq olmaz. Bir neçə günün müsbət nəticəsi o demək deyil ki, hər yeri açmaq lazımdır. Nəzərə alsaq ki, 4 gün Azərbaycanda Qurban bayramı qeyd ediləcək. İnsanlarımız bayramlarda kütləvi toplaşırlar. Operativ Qərargah Qurban bayramına kimi mövcud vəziyyəti, eyni zamanda yoluxanların, sağalanların artma-azalma dinamikasını analiz edib düzgün qərarı verəcəkdir.
Amma düşünürəm ki, hər yeri açmaq tezdir. 14 şəhər və rayonda sərt karantin rejimi avqustun 5-nə kimi davam edəcək. Çalışmaq lazımdır ki, mövcud müsbət dinamika qorunub saxlanılsın. Əgər bu müsbət dinamika davam edərsə normal həyatımıza tezliklə qayıda bilərik. Təbii ki, bunun üçün də insanlarımızın qoyulan qaydalara əməl etməsi vacibdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.