"Bu olarsa, məktəblərin açılmasından danışmaq olar"- Baş infeksionist AÇIQLADI
27-07-2020, 12:21
Koronavirusa görə fəaliyyətini dayandıran təhsil müəssisələrinin nə zaman açılacağı hər kəsi maraqlandırır.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bir müdət əvvəl bununla bağlı verdiyi açıqlamada "Təhsil müəssisələrinin qaydaya uyğun olaraq nə zaman açılması nəzərdə tutulubsa, o zaman da açılacaq. Dərslərin sentyabr ayında açılması planlaşdırlıb" deyib.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Teleqraf.com-a verdiyi açıqlamda isə "Uşaqlara virusun nə olduğunu izah etmək bir az çətindir. Nəzərə alaq ki, Ümumdünya Səhiyyə Təşkilatı da payızda ikinci dalğanın ola biləcəyi barədə həyəcan təbili çalır. Bu baxımdan payızda məktəblərin açılması çox mürəkkəb məsələdir. Məktəblər kütləvi toplaşım yeridir. O haqda dünya təcrübəsindən yararlana bilərik" - deyərək məsələyə münasibət bildirib.
Bəs, maraqlıdır bir- birinə zidd olan açıqlamaları nəzərə alsaq, məktəblərin açılması nə vaxt və hansı hallarda zəruri ola bilər?
Sonxeber.az ölkənin baş infeksionisti ilə yenidən əlaqə saxlayarq məsələyə aydınlıq gətirməyə çalışıb:
"Sentyabradək bir ay vaxt var. İndidən nəsə demək olmaz. Gördüyünüz kimi yavaş- yavaş xəstəlik sayı aşağı düşür. Sentayabradək bu qaydada davam etsə bu işə baxılar".