Vətəndaşların cibinə girən bu oğru qurumların bir sahibi yoxdur? - Tanınmış alim

4-02-2022, 08:03           
Vətəndaşların cibinə girən bu oğru qurumların bir sahibi yoxdur? -
""Azəriqaz"a zəng vurursan, deyir, sizin sıra nömrəniz 44. Rabitə Nazirliyinə zəng vurursan deyir sizin sıra nömrəniz 26. Azərbaycanda informasiya texnologiyalarının tətbiqi bundan ibarətdir. Sonra da mobil telefondan pul silinir. Dövlətin adından vətəndaşların cibinə girən bu oğru qurumların bir sahibi yoxdur?"
Bakupost.az xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Rəhim Əliyev sosial şəbəkə hesabından yazdığı statusda bildirib.

Yazıçı fikirlərini bu cür davam etdirib:
"Sovet vaxtı sinif yoldaşım müştərini 20 qəpik aldatdığı üçün 4 il həbsdə yatdı. Müstəqillik gələn kimi icra başçısının müavini oldu. "Ultel" şirkətinə ayda 16 manat ödəyirəm, gündüzlər internet yoxdur. 459 48 29 nömrəsinə görə ayda 12,5 manat ödəyirən, heç zummer də yoxdur, nəinki internet.
Müstəmləkəçilər düz deyir: müsəlmanlar özlərini idarə edə bilmir. Onlar ancaq xarici kəşfiyyat orqanlarının sifarişi ilə öz prezidentlərinin telefonunu yazıya ala bilirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.