İnterpolla aradığımız, "sülhməramlıların" qoruduğu Araikin qudurğanlığı...- Əskərimizi axtarışa verdib...

4-02-2022, 10:55           
İnterpolla aradığımız, "sülhməramlıların" qoruduğu Araikin qudurğanlığı...-
Azərbaycan Respublikasının 31-ci ildir ki, işğal altında qalan Xankəndi şəhərində Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu, cinayətkar rejimin qanunsuz "istintaq komitəsi" Xocavənd rayonunun Çartar sakini Seyran Sarkisyanı "öldürməkdə təqsirləndirilən" Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi haqda müvafiq "maddə"lərlə "cinayət işi" qaldırıb və onu "axtarışa verib". Teref.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda "ArmenianReport" məlumat yayıb.

"Söhbət 3 dekabr 2021-ci ildə baş vermiş hadisədən gedir. Çartar sakini Seyran Sarkisyan azaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə düşüb. O, azərbaycanlı hərbçilər tərəfindən saxlanılıb. Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlılarına məlumat verilib. Vətəndaşın Ermənistan tərəfinə qaytarılması üçün danışıqlara başlanılıb.Lakin sonradan Sarkisyanın öldürüldüyü məlum olub. Mülki vətəndaşı qətlə yetirən azərbaycanlının kimliyi müəyyənləşib - bu, sıravi Rəhimzadə David Qabil oğludur" - erməni nəşrinin yaydığı xəbərdə belə deyilir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin sözügedən olay haqda yaydığı məlumata görə, Seyran Sarkisyan adlı erməni əsgərimizə hücum edərək onun silahını əlindən almaq istəyib. Lakin onun bu cəhdinin qarşısı alınıb və zərəsizləşdirilib. Yəni əsgərimiz özünü müdafiə məqsədi ilə atəş açaraq təxribatçı ermənini öldürüb...


Zəruri şərh:

Bilmirsən, bu xəbərə güləsən, yoxsa qəzəblənəsən... Axı biz niyə 1 il 3 ay öncədən barəsində CM-nin 8 maddəsi ilə cinayət işi qaldırıb İnterpolla axtarışa verdiymiz və torpağımızda sərbəst gəzən Araik Arutyunyanın həbsini təmn etmirk ki, o da belə həyasız qərarlar verə...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.