İran Ermənistana 63 tank, 16 PUA verdi - Daha nə verə bilər?

24-10-2022, 09:14           
İran Ermənistana 63 tank, 16 PUA verdi -
Dünən burada belə bir status paylaşmışdım: "63 tank, 16 PUA". Təfərrüata varmadım. Bəzi dostlar sual versələ də, cavablandırmadım. Çünki dəqiqləşdirmək istədiyim bəzi detallar var idi.
Bu rəqəmlər nəyi ifadə edir? Bu İranın son bir ayda Ermənistana verdiyi silahların bir qisminin sayıdır. 63 ədəd Rusiya istehsalı olan "T-72" tankları və 16 ədəd "Shahed 136" kamikadze-dronlar Nordoz Gömrük Keçid Məntəqəsindən keçirilərək, Mehriyə, oradan da İrəvana aparılıb. Onların İranın Norduz Gömrük Məntəqəsindən Ermənistana keçirilməsini təsdiq edən daha bir neçə mənbə də bunu təsdiqlədikdən sonra yaydım.
Həmin tankların bir qismi artıq Azərbaycanla sərhəddə yerləşdirilib. Bunu həm Azərbaycan, həm də Ermənistan Müdafiə Nazirlikləri təsdiq edib. Tankların bir qismi isə Naxçıvan sərhəddinə yerləşdirilib ki, orada da son zamanlar ermənilərin əlavə qüvvə cəmləməsi müşahidə olunur.
İstisna deyil ki, İran təkcə bunları deyil, digər silahları da Ermənistana ötürüb. Bəs, İran Ermənistana hansı silah və hərbi texnikanı verə bilər?
- İran yerli müdafiə sənayesinin istehaslı olan minaatanlar. Bundan əvvəl də bu silah ermənilərə verilmişdi. II Qarabağ savaşında da təsdiqini tapmışdı;
- S-300 Havadan Müdafiə Sistemi bazasında hazırlanmış Bavar-373 HMS;
- Belarusiyadan aldığı D-20 və D-30 topları;
- “Geran” kəşfiyyat və hücum PUA-ları.
- BMP-3-ün bazasında hazırlanmış yerli istehsal olan Zirehli Döyüş Maşını;
- Özünün yerli istehsalı olan “Zülfüqar” tankı;
- 45-70 km məsafəni vura bilən yerli istehsal olan raketlər.
Fərəməz Fikrətoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru