Azərbaycan prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. İlham Əliyevi Gürcüstanın baş naziri İrakli Qaribaşvili qəbul edəcək. Rəsmi qarşılanma mərasimi Tbilisi Beynəlxalq Hava Limanında baş tutacaq. Səfərin başqa təfərrüatları açıqlanmayıb. //Yeniavaz.com//