İrəvan Qərbə doğru gedir... Qərb də `Qarabağ Azərbaycandır` deyir... - GƏLİŞMƏ

27-10-2022, 08:44           
İrəvan Qərbə doğru gedir...
"Qərb və NATO Qarabağı Azərbaycana təslim etmək üçün İrəvanın qarşısına dəqiq vəzifə qoyub".

TEREF.AZ xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, terroçu Serj Sarkisyanın lideri olduğu Ermənistan Respublika partiyasının icra orqanının üzvü Eduard Şarmazanov deyib.

“Paşinyan hökuməti də buna qarşı deyil. Onlar bu mövzudan başqa hər şeydən danışırlar. Həmçinin, Qərb Qarabağa Azərbaycanın bir hissəsi kimi baxır", - o, əlavə edib.

Görünən odur ki, Ermənistanda artıq hər kəs reallığı qəbul etməyə başlayıb. Revanşist qüvvələrin təmsilçilərinin belə Qarabağın Azərbaycana məxus olduğuna dair həqiqərtləri səsləndirməyə başladığı bunu deməyə əsas verir. Əlbəttə ki, onların başqa heç bir şansı da yoxdur.

Politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra aydın olan bir məqam var:

“Müharibəni udmuş, beynəlxalq hüquqla təsdiqlənmiş ərazilərini bərpa etmiş və bütün ərazilərində dövləti mövcudluğunu bərpa etməkdə məqsədi olan Azərbaycan var. Artıq Ermənistandakı daxili siyasi qrupların özlərinin məğlubiyyətini kimin üzərinə atmasından asılı olmayaraq, orada da reallıqlar hər kəsə aydındır. Yəni vəziyyəti ciddi dəyərləndirə və regionda nəyin baş verdiyini bilən istənilən şəxs proseslərin hara getdiyini başa düşür”.

Politoloq vurğulayıb ki, artıq hamı bir tərəfdə hərbi potensialı və beynəlxalq hüquqla güclü Azərbaycanın, digər tərəfdə isə işğalçı və zəif Ermənistanın olduğunu bilir:

“Bununla yanaşı, Ermənistandan istifadə edərək Azərbaycandan və yeni reallıqlardan dividendlər, imtiyazlar qoparmağa çalışan digərləri var. Ona görə də Ermənistanda hər kəsin reallığı görməsi faktdır. Cəmiyyət artıq revanşist mesajlarla siyasi sərmayə edənləri, belə mesajlar səsləndirənləri dinləmir. Bütün proseslər onu göstərir ki, həmişə Qarabağ kartından istifadə edərək rəqiblərilə hesablaşmağa çalışan qüvvələrin əlindən artıq bu arqument də alınıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru