Hakimiyyət Ziya Məmmədovu əvəzləyəcək kadrı tapdı

7-06-2016, 10:50           

Naxçıvan qruplaşması Elnur Abdullayevi nəqliyyat naziri təyin etməyi planlaşdırır
Nəqliyyat naziri Ziya Məmmədov cari ilin sonuna kimi vəzifəsindən uzaqlaşdırılacaq.
AzToday.az-a daxil olan məlumatlara görə, Ziya Məmmədovu Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev əvəzləyəcək.
Belə ki, Ziya Məmmədovun tamamilə sıradan çıxarılmasında maraqlı olan məlum hakimiyyətdaxili qruplaşma Nəqliyyat Nazirliyini Elnur Abdullayevin nəzarətində görmək istəyir.
Əslən naxçıvanlı olan Elnur Abdullayev savadlı və güclü idarəetmə keyfiyyətləri olan prespektivli gənc kadr kimi tanınır. Təsadüfi deyil ki, məhz onun Nəqliyyat Nazirliyində işə başlamasından sonra Ziya Məmmədovun nəzarətində olan media qurumları yaradıldı. Və Ziya Məmmədovun və oğlu Anar Məmmədovun müsbət reputasiyasını yaratmaq istiqamətində işlərə start verildi.
Hazırda ölkənin ən çox oxunan “Oxu.az” saytı məhz Elnur Abdullayevin faktiki rəhbərliyi altında fəaliyyət göstərir.
Adıçəkilən saytlarda Ziya Məmmədovun rəqibləri açıq-aşkar vurulur.
Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, Elnur Abdullayevin nəzarətində başqa media qurumları da var ki, onların kimə məxsus olduğu geniş ictimaiyyətə bəlli deyil. Həmin saytlarda hakimiyyətdaxili rəqiblərin ifşası çılpaqlığı ilə aparılır.
Elnur Abdullayevin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla dost olduğu deyilir. Amma görünənlər onu deməyə əsas verir ki, Elnur Abdullayevin hakimiyyətdə daha ciddi dəstəkçiləri var. Məhz onların dəstəyi sahəsində Elnur Abdullayev nazir təyin olunacaq.
Qeyd edək ki, Ziya Məmmədov Azərbaycan ictimaiyyətində ən çox korrupsiyalaşmış nazir kimi tanınır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.