YAP hakimiyyət partiyası deyil, hakimiyyətdə təmsilçiləri olan partiyadır – hakimiyyət partiyası olsaydılar...
10-04-2023, 13:46
Tam 600 nəfər üzvü olan Türkiyə Parlamentində fraksiya yaratmaq üçün cəmi 20 deputat kifayət edir, 125 deputatlıq Azərbaycanın Milli Məclisində isə fraksiya yaratmaq üçün 25 deputat tələb olunur. Siyasi partiya olaraq bir tək YAP-ın Milli Məclisdə 69 deputatı var, yəni, fraksiya yarada bilərlər, amma yaratmayıblar. Çünki, YAP hakimiyyət partiyası deyil, hakimiyyətdə təmsilçiləri olan partiyadır – hakimiyyət partiyası olsaydılar fraksiyaları, qanunvericilik təşəbbüsləri olardı, qanun yazıb müzakirəyə çıxarardılar, hökumət üzvlərini, nazirləri fraksiya toplantılarına dəvət edib sorğulayardılar. Milli Məclisdə deputat sayı çoxalmalıdır, hətta seçici sayının son 28 ildə artması (125 sayı 1995-ci il Konstitusiyasında təsbit edilib, o vaxt əhali sayı cəmi 7,5 mln. nəfər idi, indi isə 10 mln. nəfəri keçib) da bunu labüd edir, tam proporsional seçki sisteminə keçilməli, fraksiya yaratmaq üçün isə 10 deputat yetərli olmalıdır. Fraksiyaların Milli Məclisin idarəedilməsində iştirakçılığı yüksəlməli, hökumət üzvlərini sorğulamaq hüquqları artırılmalıdır...