Rövşanənin qonağını aşağılamaq üslubu: Mikrafonu söndürmək, efirə buraxmamaq...

11-04-2023, 23:19           
Rövşanənin qonağını aşağılamaq üslubu:
Tanınmış aparıcı Rövşanə Ağasəfqızını (Bektaşi) tanıdığım gündən başı qalmaqallardan ayazımayıb.

Adalet.az xəbər verir ki, aparıcı bu gün “Space səhər” efirində Əməkdar artist İlkin Əhmədovla insident yaşayıb. Beləki, Sənətçinin verilişə gəlməməsi aparıcı Rövşanə Ağasəfqızını özündən çıxarıb: “Respublikanın Əməkdar artistidir, məsuliyyət sıfır. Biz saat 6-dan buradayıq, haradasan, İlkin Əhmədov? Biz sənə hörmət etmişik, əziz bilmişik. Anonslar paylaşılıb, insanlar da səni gözləyir. Əməkdar artist adını daşıyırsan, vaxtında efirə gəlmək lazımdır. Gələ bilmirdinsə, deyərdin ki, gələ bilmirəm, zamanım yoxdur. Efirə çıxmaq istəyən nə qədər müğənni var. Gələcəkdilər, canla-başla əyləşəcəkdilər. Haradasan? Bu qədər tıxac olur? Hörmətsizlikdir bu? O zaman bizdən də gözlə. Nə haqla efirimizi boş qoyursan? Biz sənə bu haqqı verməmişik. Dünəndən deyərdin ki, yatıb qalacağam, yeyib qalacağam, gəlmək imkanım yoxdur. Əməkdar artistsən bu xalqın, ölkənin təmsilçisisən. Xaricdə ölkəni təmsil edirsən. Bu gün səni hörmətli bilib efirə dəvət etmişik. Sən bizim efirə problem yaradırsan. Xalqa və efirə qarşı hörmətsizlik edirsən. Gəlsən belə, efirə İ.Əhmədova sonradan efirə gəlsə də, R.Ağasəfqızı efirin sonuna 10 dəqiqə qaldığını deyərək onu efirə buraxmayıb.

İlkin Əhmədovun cavabı Rövşanəyə dərs olar
Təbii ki, Əhmədov dərhal aparıcının cavabını verib: iki saat gecikmədiyini deyib: "Efirə gələrkən "Dərnəgül yolu"nda tıxaca düşdüm. Məni verilişə dəvət edəndə dedilər ki, səhər saat 8-də studiyada olum. Cavab verdim ki, o saatda gələ bilmərəm. Sonra verilişin ikinci hissəsinə, saat 9-da qatılmağımı təklif etdilər. Mən isə 25 dəqiqə gecikərək saat 9:25-də kanalda oldum. Evdən saat 8-də çıxmışdım.
Kaş verilişə dəvəti qəbul etməzdim bu cür aparıcıya görə. Bilinir ki, olayı, qalmaqalı, qeybəti sevən bir aparıcıdır. Mənimlə də qalmaqal yaratmaq istədi, amma ona imkan vermərəm. Sənətim, işim-gücüm var. Yəqin özünə reklam qazanır. Xanımdır, aparıcı kişi olsaydı haqqımdakı sözlərinə görə hüquq-mühafizə orqanlarına müraciət edərdim.
Verilişə getdim, dedi ki, gərək yoxdur. Ona bu hüququ kim verib? Tamaşaçıya hömtəsizlik edir. Xanım olduğuna görə onunla intriqa aparmaram. Əstəğfürullah, haqqımda deyib ki, guya dövlətə və xalqıma hörmətsizlik etmişəm. Bu sözlərinə görə üzr istəsin və yaxud səhvini düzəltsin. Yoxsa sözlərinə görə üzərinə sonuna qədər gedərəm".

Gəlin, birlikdə Rövşanə Bektaşinin digər tanınmışlarla üzləşdiyi qalmaqalları yada salaq:

1.Əməkdar artist Nigar Şabanova proqramında sənətindən yox, şəxsi həyatından yazılmasından gileylənib, cəmiyyətin zövqünü körlamasında mətbuat və televiziya günahkar hesab edib. aparıcı Rövşanə "Haradan bilirlər? Siz deməsəniz, hardan bilinəcək? Mənim də ailəmdə problemlər olub, niyə yazılmır? Sizdən də məşhuram" sözlərini deyib.
Nigar isə aparıcıya əsəbiləşərək "Sual verdiniz, imkan verin cavab verim. Öz sualınıza özünüz cavab verirsiniz" deyə, bildirib.
Rövşanənin "Hülya Avşarın, Sibel Canın ailəsi maraqlıdır. Siz də məşhursunuz, hamıya maraqlısınız" sözlərinə Nigar "Hülya Avşar mənim üçün heç kimdir. Səsimin, sənətimin yanında heç kimdir. O, nə böyük adamdır, sənəti nədir ki?" reaksiyasından sonar miqrafonunu bağlayıb. (2023)


2. Vəkil Türkel Süleymanlı aparıcını Xalq artisti Nuriyyə Əhmədova ilə bağlı hazırladığı proqramın həddindən çox mərhəm hissələrə toxunduğu üçün tənqid etdi: “ Verilişin axırında da Rövşanə deyir ki, bu gün biz missiyamızı yerinə yetirdik, Nuriyyə xanımı xatırladıq. Başdan-ayağa dedi-qodu etdin, rəhmətliyə irad tutdun ki, niyə məğrur idi, çalışdın ki, qonaqlardan hansısa intim sirlərini alasan. Tüpürəsən belə missiyaya!" Aparıcı ona demədiyini buraxmadı: sizi məhkəməyə verəcəm. Təmənnasız efirimdə qonaq olmusan. Bir Xalq artistinin həyatını göz önünə qoymuşam. Tanınmış xanımdır, həyatı, evsizliyi göz önündədir. Oturub verilişimi sona kimi izləyib, səhv axtarır. Nuriyyə xanıma belə etdin, elə etdin… Onun ağrısı sənə qaldı?” (2020)

3. Vəkil Şəfiqə Nağıyeva daha bir verilişdə ekspert qismində çıxış edən şəxslə qalmaqal yaşayıb.
Bu dəfə qalmaqalın ünvanı "MTV"də yayımlanan "Ümid ilə gəl" proqramı olub.
Vəkil Şəfiqə Nağıyeva aparıcı Rövşanə Ağasəfqızı ilə mübahisə edib.
Belə ki, vəkil xəyanət edən qadınları tənqid edərkən aparıcı onu qadınların düşməni kimi təqdim edib. Bu, Şəfiqə Nağıyevanı özündən çıxarıb.(2022)

4. Xalq artisti Məleykə Əsədova teatrla bağlı fikirlər söyləməsi Rövşanə Ağasəfqızını özündən çıxarıb. Aparıcı aktrisaya bir müddət əvvəl teatr mövzusunda proqrama dəvət olunması, lakin efirə gəlməməsini xatırladıb:
"Teatrı müzakirə etmək istədik, gəlmədiniz. İndi sizi teatrdan danışmağa çağırmamışıq. Mən sözümü deyən jurnalistəm və kimsə mənim qabağımda dayana bilməz. 1-2 həftə öncə Teatr Xadimləri İttifaqı mövzusunu müzakirəyə çıxarmaq istədik. Təəssüf edirəm ki, teatr məsələsi ilə bağlı efirə heç kim çıxmaq istəmədi. Nə İttifaqın katibi gəldi, nə də digərləri. Mənim əlimdə məhz Akademik Dram Teatrının aktyorlarının votsab yazışmaları və səs yazıları var. Lazım gəlsə təqdim edə bilərəm". (2019)

5. Vayner Hüseyn Azizoğlunun aparıcı Rövşanə Bekdaşi ilə efirdə sözləri çəp gəlib.
Rövşanə Bekdaşinin “Mən səni tanımırdım, bəyənmirəm” sözünə əsəbləşən vayner efirdə aparıcı ilə mübahisə edib.
“Məni bəyənmirdinizsə, verlişinizə niyə çağırmısınız? Əgər siz məni bura çağırmısınızsa, deməli məni görmüsüz. Mənim izləyicim xalqdı. Mən bu gün qadın paltarı geyinirəm, əcəb edirəm. Heç kim mənə heçnə deyə bilməz. Siz məni bura çağırıb təhqir edirsiz”. (2017 )

6. "SOY" prodakşının rəhbəri (mərhum) Oqtay Əliyev "Sabaha saxlamayaq" verilişində "Əqrəb mövsümü" serialı ilə bağlı tərəflərin səsləndirdikləri fikirlər mübahisəyə səbəb olub. Belə ki Rövşanə sözügedən ekran işində rus kəlmələrindən istifadə edilməsinə qarşı çıxıb: "Xoşuma gəlməyən tərəfləri söyləyəcəm, redaktor işi çox zəif, pinti idi. Ola bilər ki, rus sözləri ilə qarışdırıblar. Bu da təəssüf doğurur. Çünki dil məsələsi bizim ağrılı yerimizdir. Gündəlik həyatımızda da buna qarşı çıxırıq. Bizim ədəbi dilimiz var. Televiziya bir nümunə olub”-deyəndən sonra olanlar olub.(2023 )

7. Aparıcı Xoşqədəm Hidayətqızı nın verilişdə ürəyi getmişdi. Məsələyə "Günə baxan" proqramında Rövşanə Ağasəfqızı münasibət bildirmişdi, ürəkgetmənin dəb olduğunu bildirmişdi. (2016)

8. Müğənni Afət Fərmanqızını Rövşanənin bəzi müğənnilərin ərlərinin əlini-qolunu çəkərək paylaşmasını tənqid etməsi bərk qıcıqlandırdı.(2018)

9. Müğənni Manaf Ağayevin ünvanına “Siz gözəl insansınız. Amma sizin mahnılara qulaq asmıram. Gözəl səsiniz var, amma janrınızı bəyənmirəm. Çalışıram efirimdə də bu tərz ifaları təbliğ etməyim" deyə Rövşanə müğənnini efirdə pərt elədi...(2020)

P.S. Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış adamları verlişinə çağıraraq onu alçaltmaq nə journalist etikasına yaraşmaz, nə də əxlaq kodeksinə uyğun deyil… Rövşanə Bektaşinin əgər əsəbləri çox zəifdirsə, özünü həkimə göstərməsi məsləhətdir.

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.