Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişini Brüsseldə imzalamağa hazır olduğunu biruzə verib

17-10-2023, 17:38           
Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişini Brüsseldə imzalamağa hazır olduğunu biruzə verib
Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yüksək dərəcədə realdır. Oxşar açıqlamanı daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev səsləndirmişdi. Hər ikisi “ilin sonuna qədər” ifadəsini işlədib. “İqtidarda olan partiya olaraq bizim siyasi iradəmiz var” deyən Paşinyan sülh sazişinin imzalanması məsələsində Avropa İttifaqından dəstək istəyib. Anlaşılan odur ki, Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa və sülh sazişini Moskvada deyil, Brüsseldə imzalamağa hazır olduğunu biruzə verib. Nikol Paşinyan son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə sülh sazişinin qısa müddətdə imzalanması mümkündür.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.