Dövlətimizin qayğısı Axısqa türklərinin mənəvi güc qaynağıdır.

15-11-2023, 11:44           
Dövlətimizin qayğısı Axısqa türklərinin mənəvi güc qaynağıdır.
14 noyabr 1944-ci il tarixdə Axısqa türklərinin sovet hökuməti tərəfindən məcburi şəkildə deportasiya olunmaqlarından bu günə qədər 79 il ötür. 45 minədək uşağın, 27 minədək qadının, ümumilikdə isə 90 mindən artıq insanın represiyaya məruz qalması o vaxtki sovet rəhbəri olmuş Stalinin qərarı ilə yerinə yetirilmişdir. O zaman cəbhədə Hitler Almaniyasına qarşı qəhrəmanlıqla döyüşən, 8 Sovet İttifaqı qəhrəmanı yetişdirən, bir xalqın qadın, qoca, uşaqlarının həmin vaxt heyvanların daşınması üçün nəzərdə tutulan vaqonlar ilə köçürülməsi tarixin yaddaşına Türk xalqlarının ən faciəvi günlərindən biri olaraq yaddaşlara həkk olundu. Sürgün zamanı təkcə yolda 17000-dək insan faciəvi şəkildə dünyasını dəyişdi. Orta Asiya ölkələrinə uyğunlaşmaqda çətinlik çəkən axısqalıların bir qisminə 1958-ci ildə Azərbaycan qucaq açdı. Beləki, həmin il və ondan sonra ölkəmizin Saatlı rayonu və digər ərazilərində yerləşərək öz tarixi ənənələrini yaşadaraq xalqımızın nümayəndələri ilə birgə mehriban şəraitdə yaşayırlar. Ümummilli lider Heydər Əliyev Axısqa türklərini həmişə diqqətində saxlamışdır. Beləki, Ulu öndərin xeyir-duası ilə yaradılmış “Saatlı axısqa türklərinin ansamblı” sovetlər dövründə müxtəlif tədbirlərdə çıxış edərək axısqalıların mədəniyyətini birlik xalqlarına nümayiş etdiriblər. Hal-hazırda cənab Prezident İlham Əliyev Axısqa türklərinə xüsusi diqqət göstərərək onların ölkəmizdə xoşbəxt, firavan və azad yaşamalırı üçün əlindən gələn hər şeyi edir. Biz azərbaycanlılarında bu kimi acıları tarixdə dəfələrlə yaşamağımızı nəzərə alsaq axısqalıların yaşadığı faciəni bizim xalq daha yaxşı anlayır.
Ramil Mehdiyev
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.