Rusiyada yaşayan miqrantların nəzərinə: Vətəndaşlıqdan məhrum edilə bilərsiniz - VİDEO

29-12-2023, 07:48           
Rusiyada yaşayan miqrantların nəzərinə: Vətəndaşlıqdan məhrum edilə bilərsiniz - VİDEO
Rusiyada ilk dəfə olaraq beş regionun vətəndaşları cinayət törətdiklərinə görə öz statuslarını itiriblər.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən xəbər verilib.

Bildirilir ki, yeni qanunvericilik qaydalarına əsasən, qonşu ölkələrdən gələn doqquz miqrant Rusiya vətəndaşlığından məhrum edilib. Onların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum ediliblər.

Məlumata görə, cinayət törətmiş vətəndaşlara münasibətdə statuslarına xitam verilməsi ilə bağlı qərarlar Moskva şəhəri, Moskva vilayəti, Sankt-Peterburq şəhəri, Leninqrad vilayəti, Tver vilayətində qəbul edilib. Həmin şəxslərə bildirişlər təqdim olunub və pasportları götürülüb.
“Onlar cəzalarını həbsxanada çəkdikdən sonra ölkədən çıxarılacaqlar”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Rusiyada “Vətəndaşlıq haqqında” yeni qanun 2023-cü ilin oktyabrında qüvvəyə minib. Qanun vətəndaşlığı itirilə biləcəyi geniş siyahısını təqdim edib. Qanunun əvvəlki variantı ilə müqayisədə siyahı Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddələri 18-dən 64-ə qədər artıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru