Bakı küçələrində kütləvi şəkildə yayılan "Xərçəng"... - "Azərlotereya" xalqı "Poz, qazan"la necə aldadır?

8-03-2024, 16:59           
Bakı küçələrində kütləvi şəkildə yayılan "Xərçəng"... -
Azərbaycanda yeni bir bəla xərçəng xəstəliyi kimi sürətlə yayılmaqdadır. Onun adı “Poz, qazan”dır və ölkədə kütləvi xarakter almaqdadır. Respublikanın paytaxt və bölgələrini cənginə alan bu lotereya qısa bir zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib. Çünki “Azərlotereya” ASC birmənalı şəkildə insanları mərc oyunlarına təşviq etməkdədir.

Şirkət aşkar formada və sadə yolla insanları bu oyunlara sürükləyir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, Lakin paytaxtın hər tin başında biz açıq şəkildə qumar oynandığını, qanuniləşdirilmiş lotereya getdiyini görə bilərik. Yəqin ki çoxunuz kütləviləşən bu mənzərənin şahidi olmusunuz.

Bakının əksər yerlərində, metro həndəvərində bu oyunlar gedir və nəticədə hər gün milyonlar dövr edir. Amma məsələ budur ki, "Azərlotereya" ASC kütləvi şəkildə əhalini aldatmaqla məşğuldur. Çünki cəmi 10-15 faiz uduş qoyur. Yəni hər 100 kupondan uzaqbaşı 3-5 ədədindən uduş çıxa bilər.

Bəs paytaxt küçələrində "Azərlotereya" ASC-nin kütləvi şəkildə təşkil etdiyi və gündəlik satılan "Poz, qazan" kuponlarının küçələrdə insanlara satılması nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Bakı şəhər Ticarət və Xidmət departamentindən Referans.az-a bildirildi ki, müvafiq qaydalara uyğun olaraq səyyar satışa icazə verilə bilər:

Məlumata görə, satış üçün xüsusi qaydalar və normalar mövcuddur. Satışı edən şəxs də müvafiq meyyarlara uyğundursa, bu zaman şəhərin küçələrində satış edə bilər, lakin insanların gediş-gəlişinə mane olmamaq şərti ilə.

Bildirilir ki, satışa icazənin verilməsi, şəxsin harada gəldi, necə gəldi və nə istəyir onu sata biləcəyi anlamına gəlmir. Hər hansısa bir səyyar satışdan söhbət gedirsə, bütün meyyarla uyğun olmalıdır.

Milli Məclisin deputatı Vahid Əhmədov isə redaksiyamıza dedi ki, insanların bu kimi işlərə pul verməməsi üçün kütləvi maarifləndirmə tədbirləri keçirilməlidir:

“Azərlotereyanı türklərə verdilər və bundan sonra kütləvi şəkildə küçələrdə bir çox oyunlar yayılmağa başladı. Onlar da pul qazanmağı nəzərə alırlar. Çünki əhalinin əksəriyyəti bu kimi oyunlarda öz şanslarını sınayırlar, amma təşkilatçılara nə qədər xeyir verdiklərindən xəbərləri yoxdur. Vətəndaşlar inanmasınlar ki, bu şəkildə külli miqdarda qazanc əldə edə bilərlər. Çünki bu mümkün deyil”.

Deputat qeyd edir ki, müəyyən kütlənin bu sahəyə maraq göstərməsi mərc oyunlarının yayılmasına səbəb olur.

Onun sözlərinə görə, 100 nəfərdən 5-i uduş əldə edərsə belə, bu elə də böyük məbləğ olmur. Amma daha yaxşı olardı ki, bu kimi işlər qapalı yerlərdə həyata keçirilsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.