Qazaxıstan hazırda rəqəmsal sektorda MDB-də ən sürətli inkişaf edən ölkədir.
11-03-2024, 08:34
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri çərçivəsində bu türk dövləti ilə bağlı bəzi sadə statistik rəqəmləri təqdim edirəm :
1. 2020-ci ildə İT sahəsində eksport 30 milyon $ olub, hazırda 500 milyon $ civarındaıdr.
MDB-də bu sahədə ən yüksək göstərici indiyədək Rusiya, Ukrayna və Belarusda olub.
2. Regionun ən böyük texnoparkı – Beynəlxalq Astana Hub öz ətrafında 1400-dən çox şirkəti birləşdirir. Bunların 400-ə qədəri xarici şirkətlərdir. Güclü startap ekosistemi var.
(Biz yerli, oturuşmuş İT şirkətlərimizi vergidən azad etdiyimiz halda, onlar startaplara və xaricə yönəlik İT fəaliyyətə güzəştlər tətbiq ediblər )
3. 2022-ci ilin sonu 5G üçün iki operatora lisenziya veriblər, hazırda 15 şəhərdə 1000-dən çox baza stansiyası bu texnologiya üzərindədir
4. Qazax dilinin milli korpusunun yaradılması, bunun əsasında süni intellektin inkişaf etdirilməsi məqsədilə superkompüter mərkəzinin və DATA mərkəzin yaradılması üçün Presight AI Ltd şirkəti və BƏƏ ilə birlikdə işbirliyi qurublar
5. BMT statistikasına görə Qazaxıstan rəqəmsal hökumət quruculuğunda MDB-də birincidir (190 ölkə arasında 28-ci yer)
6. Bu ölkənin eGov Mobil tətbiqində 25-dən çox sənədi qazaxlılar “rəqəmsal sənəd” olaraq əldə edə bilirlər (yeri gəlmişkən, bizdə oxşar mobil tətbiqdə olan bu tip məlumatlar, elə sadəcə məlumatdır, sənəd statusu yoxdur)
7. 2020-ci ildə bu ölkədə e-ticarət pərakəndə ticarətin 4-5%-ni təşkil edirdi, hazırda e-ticarət dövriyyəsi 12% ətrfaındadır ( söhbət real e-ticarətdən gedir, hansı ki dünyada orta göstərici 15-20 % ətrafındadır, bizim metodikada isə kartla ödənilən işıq pulu da e-ticarətə aid edildiyindən –dövriyyəmiz 70% civarındadır )
8. İnfrastruktura vaxt və böyük pullar xərcləməmək üçün Qazaxıstanın ucqarlarında, steplərdə olan məktəbləri internetlə təmin etmək üçün Starlink-lə müqavilə imzalayıblar və s.
Beləliklə, Qazaxıstan hazırda rəqəmsal sektorda MDB-də ən sürətli inkişaf edən ölkədir.
Bununla belə, qeyd etmək istərdim ki, bu sektorda bəzi istiqamətlər üzrə Azərbaycanın göstəriciləri və uğurları Qazaxsıtandan bir xeyli üstündür.
Prezident İlham Əliyev andiçmə mərasimində Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətə üstünlük veriləcəyini qeyd edib. Bizim ailəmizin Türk dünyası olduğunu vurğulayıb.
Bu baxımdan düşünürəm ki, rəqəmsal sektorda yüksək sürətlə inkişaf edən Qazaxıstan kimi türk dövləti ilə əlaqələrimizin və əməkdaşlığımızın gücləndirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.
Osman Gunduz
TEREF