Paşinyanın “Qərb yolu” İrəvanı haraya aparır? - İNCƏLƏMƏ

26-03-2024, 17:44           
Paşinyanın “Qərb yolu” İrəvanı haraya aparır? - İNCƏLƏMƏ
Ermənistan Qərbə inteqrasiya istiqamətində addımlarını intensivləşdirir.

Qeyd edək ki, aprelin 5-də Avropa İttifaqı, ABŞ və Ermənistan arasında təhlükəsizlik təlimatlarına dair görüş baş tutacaq.

Bu format Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi və Ermənistanın Avro-Atlantik məkanda təhlükəsizlik instutlarına yaxınlaşması perspektivlərinin müzakirəsi baxımından çox faydalıdır.

Bu, bir daha onu göstərir ki, artıq İrəvan həm Avropa İttifaqına, həm də NATO-ya inteqrasiya olunmaqda maraqlıdır.

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli "Cebhe.info"-ya bildirib ki, İrəvan bu məsələdə çox ciddidir:

“Tezliklə Paşinyan hakimiyyəti Rusiyanın təsir dairəsindən uzaqlaşıb Qərbin iqtisadi-siyasi və təhlükəsizlik sisteminə inteqrasiya yolunda ciddi addımlar atması gözlənilir. Bu günə kimi Paşinyan və onun komandası öz niyyətlərini bəyanatlarda ifadə edirdilər. Amma artıq real addımlar atmaq qərarındadırlar.

Qərb də Ermənistana bu məsələdə dəstək verməyə hazırdır. Hesab edirəm ki, Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın NATO təhlükəsizlik sisteminə inteqrasiya olunması region üçün əhəmiyyətlidir.

İrəvanda da bunu çox yaxşı anlayırlar, Rusiya Cənubi Qafqazda əbədi qalmayacaq və nə zamansa regiondan tam kənarlaşdırılacaq. Bildirim ki, Cənubi Qafqaz postsovet regionun ən həssas bölgəsidir. Bu baxımdan Ermənistan hakimiyyəti öz gələcək təhlükəsizliyini təmin etmək üçün Qərbdən dəstək almaq və onun təhlükəsizlik sisteminə uyğunlaşmaq qərarına gəlib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.