Strateji valyuta ehtiyatlarımız 2030-cu ilə qədər 72 milyard dolları keçəcək – PROQNOZ

10-04-2025, 15:24           
Strateji valyuta ehtiyatlarımız 2030-cu ilə qədər 72 milyard dolları keçəcək – PROQNOZ
Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının 71,671 milyard ABŞ dollarına çatacağını (il ərzində artım 0,96 %) proqnozlaşdırır.

İndex.az bu barədə IMF-in hesabatına istinadən xəbər verir.

Fondun proqnozlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10,76 milyard ABŞ dolları (il ərzində azalma 1,82 %), Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə 60,911 milyard ABŞ dolları (artım 1,47 %) təşkil edəcək.

2026-cı ildə strateji valyuta ehtiyatları 72,357 milyard ABŞ dollarına (+0,96 %) çatacaq ki, bunun da 10,56 milyard ABŞ dolları (-1,89 %) AMB-nin, 61,797 milyard ABŞ dolları (+1,46 %) isə ARDNF-in payına düşür. 2027-ci ildə bu göstəricilər müvafiq olaraq 72,224 milyard ABŞ dolları (-0,18 %), 10,36 milyard ABŞ dolları (-1,89 %) və 61,864 milyard ABŞ dolları (+0,11 %) səviyyəsində proqnozlaşdırılır.

Öz növbəsində, 2028-ci ildə ölkənin strateji valyuta ehtiyatlarının 71,754 milyard ABŞ dolları (-0,65 %), AMB-nin ehtiyatlarının 10,16 milyard ABŞ dolları (-1,93 %), ARDNF-in aktivlərinin 61,594 milyard ABŞ dolları (-0,44 %), 2029-cu ildə isə müvafiq olaraq 72,182 milyard ABŞ dolları (+0,6 %), 9,96 milyard ABŞ dolları (-1,97 %) və 62,222 milyard ABŞ dolları (+1,02 %) səviyyəsində olacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru