Bu hərbi video izlənmə rekordları qırır - "Ermənistan, sizi xəritədən silərik"

17-06-2017, 22:54           

Türkiyə və azərbaycanlı yutuberlərin son günlər şəxsi hesablarına yüklədikləri bir hərbi video "facebook" sosial şəbəkəsində də istifadəçilər tərəfindən çox sayda paylaşılmağa başlayıb. GoldNews.Az xəbər verir ki, videonun əvvəlində Azərbaycan-Türkiyə qardaşlığından bəhs edilib və Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun "Bütün dünya bilməlidir ki, Ermənistanın separatçı fəaliyyətinə və işğalına qarşı can Azərbaycanla çiyin-çiyinə dayanmağa qiyamətə qədər hazırıq" fikirləri yer alıb.

Daha sonra Azərbaycanın Türkiyənin "Roketsan" şirkətindən aldığı "Qasırğa" raketlərindən açılan atəşlər nümayiş etdirilib və düşmənə "Yetərmi?- Əsla!!!" sualı ünvanlanıb. Videonun irəliləyən saniyələrində isə ölkəmizin başçısı İlham Əliyevin "Bu gün Azərbaycan Ermənistanla istənilən dildə danışa bilər" fikirlərinə yer verilib, sonra isə ordumuzun hərbi təlimlərindən çəkilmiş kadrlar nümayiş etdirilərək ermənilərə "Sizi xəritədən silərik" mesajı verilib.

Videoda türk dilində yazılmış mesajlar isə bu qardaşlığın və birlikdəliyin nə qədər güclü olduğunun misalıdır. Video sosial şəbəkələrdə paylaşıldıqdan dərhal sonra istər azərbaycanlılar, istərsə də türklər hər iki ordu ilə bağlı müsbət fikirlər səsləndirib, ermənilərin isə gec-tez məhv ediləcəyini qeyd ediblər.

Hazırda video "facebook"da ən çox paylaşılanlar arasındadır.

Həmin videonu təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.