QƏHRƏMANIN XATİRƏ GÜNÜ

18-06-2017, 11:12           
QƏHRƏMANIN XATİRƏ GÜNÜ

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həlak olduğu gündür.
Qarabağ müharibəsində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində doğulub. Orada Nizami Gəncəvi adına orta məktəbi bitirib. Sovet Ordusu sıralarında hərbi xidmət edib, Leninqradda Ali Siyasi Hərbi məktəbə daxil olaraq 1971-ci ildə həmin məktəbi quratarıb Yerevanda hərbi xidmətə başlayıb. Sonra Bakıda və başqa yerlərdə xidmət edib. Hərbi akademiyada təhsil alıb.
1991-ci ildə Ağdama gedərək orada hərbi hissə yaratmağa başlayıb. O vaxt Ağdamda yaşayan və işləyən dostların, könüllü döyüşçülərin və bölgədəki vəziyyətlə o zaman tanış olan həmkarlarımın dediyinə görə Şirin Mirzəyev həm rayonun hərbi komissarı, həm də artıq 1992-ci ilin mayında 3 tabordan ibarət formalaşmış alayın komandiri olub. Şahidlərin söylədiklərinə və haqqında yazılanlara görə Şirin Mirzəyev Ağdamın və ətraf bölgələrin müdafiəsində çox fəal iştirak edib.
18 iyun 1992-ci ildə Sırxavənd ətrafında döyüş zamanı minaya düşərək həlak olub. Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şirin Vəli oğlu Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) fəxri adı verilib. Bakı şəhərində adına küçə və büstü var.
Tanrı ruhunu şad etsin!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.