Əlixan Musayevlə bağlı yeni iddialar - İTTİHAM VAR
22-08-2017, 14:07
Bir müddət əvvəl Azərbaycanda radikal cihatist Əlixan Musayevin dindar iş adamalrından küllü miqdarda vəsait topladığı haqqında məlumat vermişdik.
Bu radikal və təhlükəli dindarın əməlləri ilə bağlı redaksiyamıza daha maraqlı məlumat daxil olub.
Məlumata görə, Əlixan Musayev onun dindar iş adamlarını "Tas”a otuzdurduğu ilə bağlı xəbər yayımladıqdan sonra, onunla bağlı müvafiq dövlət orqanları tərəfindən ciddi araşdırma başlatılıb və onun iş adamalrından topladığı 500 min dolları hara və necə xərclədiyi araşdırılır.
Daxil olan məlumata görə, hətta Əlixan Musayev sorğu-sual edilib və bu təhlükəli radikal cihatist "Tas”a otuzdurduğu və məcburi şəkildə ona maliyyə verən dindar iş adamalrının kimlər olduğunu dövlətin müvafiq orqanlarına bildirib.
Əlixan Musayevin müvafiq dövlət orqanalrına topladığı 500 min dollar vəsaiti hara xərclədiyi haqqında nə dediyini bilməsək də,amma redaksiyamıza bu cihatist radikal dindarla bağlı daxil mlumatda iddia edilir ki, Əlixan Musayev bu vəsaiti Azərbaycanda radikallığın və İŞİD idalogiyasının yayılmasına xərcləyib.Eyni zamanda iddialara görə,həmin 500 min dollardan Suriyaya göndərilən radikal cihatistlərin yol xərcləri də bu vəsaitdən ödənilib.
Qeyd edək ki,bu günə kimi Əlixan Musayevlə bağlı yüzlərlə faktlar mətbuatda yer almasına baxmayaraq bu şəxs hələ də azadlıqdadı və Azərbaycanda radikal dini təbliğatını bu və ya digər şəkildə davam etdirir.
Dini ekspertlərə görə, Əlixan Musayevin fəaliyyətinin qarşısı ciddi şəkildə alınmazsa,o zaman vəziyyət daha da acınacaqlı ola bilər.
"Vəziyyət çox gərgindir və radikalığayarım milyon dollar xərclənilib və bunun ölkmiz əleyhinə nə kimi fəsadlar törədəcəyi hammıya məlumdur”.
Bundan başqa daxil olan məlumatda görə,Əlixan Musayev ölkədən qaçmağa da səy göstərir və onun belə bir planı ilə bağlı dövlətin müvafiq orqanlarına da məlumatlar çatıb.
Məlumata görə, dövlət orqanları tərəfindən sorğu-sual edilən bu təhlükəli radikal dindar ölkədən çıxmaq istəyinin Həccə getmək istəməsi ilə əlaqələndirib.Amma Əlixan Musayevin radikal düşərgəsindən qorxduğu üçün adını açıqlamaqdan imtina edən mənbə redaksiyamıza bildirib ki, Əlixan Musayev əgər ölkədən çıxacaqsa o bir daha ölkəyə qayıtmayacaq. Onun Azərbaycandan çıxacağı təqdirdə Kuveyit dövlətinə qaçacaq. Çün ki,onun bu illər ərzində daha çox maliyyə aldığı öılə məhz Kuveyt dövləti olub.
Məlumata görə, hər il Həcc ziyarəti zamanı Əlixan Musayev onu maliyyələşdirən Kuvetli şəxslərlə görüşür.
Qeyd edək ki,Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Əlixan Musayev Həcc ziyarətinə dindarları aparma və qrupa rəhbərlik etməsi qadağan edildiyinə görə, bu radikal və təhlükəli dindar,bu dəfə sıravi zəvvar kimi ziyarətə getməyə can atır və gedəcəyi təqdirdə oradan Kuveyt dövlətinə qaçacaq.
Redaksiyadan: Bu günə kimi İŞİD-in Azərbaycanda qatı təbliğatçısı olan və İraqda və Suriyada İŞİD tərəfindən döyüşən terroristləri "şəhid”adlandıran bu təhlükəli radikal cihatistlə bağlı rəsmi dövlət orqanlarının bu şəkildə davranması,onun əldə etdiyi vəsaitlərlə ölkəmizdə radikal dini təbliğat aparması həqiqətən də cidid suallar ortaya qoyur.
Vətəninfo.az
[media=https://www.youtube.com/watch?v=BJqjjKoTDdc#action=share]