Avropa Parlamentinin deputatı Xankəndidə nə gəzir? - FOTO

26-01-2018, 16:59           
Avropa Parlamentinin deputatı Xankəndidə nə gəzir? - FOTO
Yanvarın 26-da Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər naziri” Masis Mailyan Avropa Parlamentinin İsveçdən olan deputatı, xarici məsələlər komissiyasının üzvü Larsa Adaktussonu qəbul edib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Azərbaycan ərazisinə qeyri-qanuni olaraq daxil olan isveçli deputatı Avropadakı erməni federasiyasının sədri Qaspar Karampetyanın müşayiəti ilə gəlib. Görüşdə əməkdaşlıq məsələləri, Qarabağ məsələsi və digər mövzuların müzakirə olunduğu bildirilir. Ancaq istənilən halda Avropa Parlamentinin üzvünün separatçı qurumun cinayətkar təmsilçisi ilə təmasda olması, beynəlxalq hüququ pozaraq Azərbaycanın nəzarətində olmayan əraziyə gəlməsi qəbulolunmazdır. Şübhəsiz ki, rəsmi Bakı isveçli deputatı “qara siyahı”ya əlavə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru