İrkutskda dəhşət: Üç azərbaycanlı uşaq diri-diri yanıb öldü

1-12-2018, 09:55           
İrkutskda dəhşət: Üç azərbaycanlı uşaq diri-diri yanıb öldü
Ataları Azərbaycana deportasiya edilmiş körpələr gecə evdə anasız qalıblar və yanaraq ölüblər

Üç azərbaycanlı uşaq Rusiyanın İrkutsk vilayətinin Nijneudin rayonunun Xudoelansk qəsəbəsindəki evdə baş verən yanğın nəticəsində həlak olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İrkutskın Weacom.ru nəşri məlumat yayıb.

Xaçmaz şəhərində Yanğın təhlükəsizliyinin təmin olunmasında vəzifələrin icrası, problemlər və aidiyyatı təşkilatlar tərəfindən onların həlli istiqamətləri , qurumların arasında qarşılıqlı iş fəaliyyəti mövzusunda regional müşavirə keçirilib

Bir, iki və üç yaşlı üç uşaq gecə vaxtı evdə tək olublar və yanğın nəticəsində ölüblər. Məlum olub ki, bu uşaqların atası Azərbaycan vətəndaşıdır. İl yarım bundan əvvəl o, Azərbaycana deportasiya edilib. Uşaqların 24 yaşlı anası isə faciə baş verən gecə uşaqları evdə tək qoyub bara işləməyə gedib.

Qonşuların sözlərinə görə, qadın daim işləyirmiş ki, uşaqlar çətinlik çəkməsin. Anaları işdə olan vaxt, uşaqların yanında nənələri qalırmış. Həmin faciənin baş verdiyi gün qadın körpələri yatağa uzadaraq tanışıgilə gedib və gecəni onlarda keçirib.

Yanğın səhər başlayıb. Qonşular uşaqlara kömək etməyə cəhd göstərsələr də, çox gec olub. Uşaqların ikisinin cəsədi çarpayının altında tapılıb. Qorxmuş uşaqlar çarpayının altına girərək alovdan gizlənirlərmiş. Məlumata görə, yanğının baş verdiyi ərazi cəmi 3 kv. metr təşkil edib.

Faktla bağlı cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.