Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı

28-12-2018, 20:25           
Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı
Gürcüstan əhalisinin sayı bu ilin əvvəlində 3 729 600 nəfər təşkil edib.

Yenicag.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

Sənədə əsasən, qonşu ölkə əhalisinin sayı illik müqayisədə 3 200 nəfər çoxalıb.

Gürcüstanda qadınların sayı 1 938 100, kişilərin sayı isə 1 791 600 nəfər təşkil edir. Əhalinin 58,3%-i şəhərlərdə, 41,7%-i isə kəndlərdə yaşayır. İllik müqayisədə şəhər əhalisi artıb, kənd əhalisi isə azalıb.

Hesabatda Gürcüstan əhalisinin etnik mənsubiyyətinə görə tərkibi ilə bağlı göstəricilər də yer alıb. 2014-cü ili əhatə edən göstəricilərə əsasən, qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 233 000 nəfərdir. Bu da Gürcüstan əhalisinin 6,3%-ni təşkil edir./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru