ABŞ aeroportunda teleskopik keçid avadanlığı çöküb

30-12-2018, 07:54           
ABŞ aeroportunda teleskopik keçid avadanlığı çöküb
Şənbə günü axşam ABŞ-ın Merilend ştatının Baltimor-Vaşinqton Beynəlxalq Hava Limanının teleskopik keçid avadanlığının döşəməsi çöküb. Nəticədə 6 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının "Twitter" səhifəsi məlumat yayıb.

"E-10 çıxışında teleskopik keçid avadanlığının işində nasazlıq yaranıb. İlkin məlumata görə, altı nəfər yerli xəstəxanalara aparılıb. Onların xəsarətləri həyatları üçün təhlükəli deyil", - deyə məlumatda bildirilir.
Daha əvvəl Almaniyada sürücü maşınla aeroport ərazisinə keçmək istəyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru