Vahid Ələkbərovun şərikini niyə öldürüblər - Din faktoru..... VİDEO

30-12-2018, 16:57           
Vahid Ələkbərovun şərikini niyə öldürüblər  - Din faktoru.....  VİDEO
Xəbər verdiyimiz kimi Moskvada "Lukoil" neft şirkətinin baş podratçısı, "Master-Neft" şirkətinin rəhbəri Şalva Şalyaxov öldürülüb. Teref.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, keçmiş arvadının sevgilisi tərəfindən qətlə yetirilib. Buna səbəb isə onlar arasında yaranan mübahisə olub. Belə ki, keçmiş həyat yoldaşının sevgilisi Şalyaxovdan olan uşağın İslamı qəbul etməsini istəyib. Şalyaxov isə buna etiraz etdiyindən aralarında mübahisə düşüb. Bundan sonra sifətinə tibb maskası taxmış şəxs Şalyaxovu Moskvadakı Qaribaldi küçəsi, ev 36 ünvanında qətlə yetirib. O, biznesmeni evinin girişində gözləyib və çoxsaylı bıçaq zərbələri endirib. Hadisədən sonra qatil taksiylə Şalyaxovun keçmiş arvadının evinə gedib. Polis isti izlərlə cinayətkarı tutub. Faktla bağlı araşdırma davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru