İndoneziyanın Cənubi Sumatra əyalətində 5.8 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 08:39-da qeydə alınıb. Zəlzələnin episentri Lubuklinqau şəhərindən 91 km şimal-qərbdə, ocağı isə 168 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.