Ata ölüm ayağında olsa da, oğlunu xilas edə bildi

30-12-2018, 19:05           
Ata ölüm ayağında olsa da, oğlunu xilas edə bildi
3 yaşlı uşaq qar içində olan Tayqadan sağ çıxdı
Bu ağlasığmaz hadisə Rusiyanin Xabarovsk vilayətinin Komsomolsk rayonundakı Kenay kəndində baş verib.

TASS agentliyinin xəbərində deyilir ki, ata 3 yaşlı oğlu ilə birlikdə Tayqanın dərinliklərinə gedib. Qarlı yollar üçün nəzərdə tutulmuş traktor tipli maşınla hərəkət ediblər. Ata balıq tutmaq üçün münasib yer müəyyən etmək istəyirmiş. 30-35 dərəcə şaxtada çayın suyu donub. Təsadüf elə gətirir ki, ata müvazinətin itirir və buzu sınmış çayın içinə düşür. Bu vaxt onun 3 yaşlı oğlu xeyli kənarda imiş. Təhlükənin ciddiliyini anlayan ata üzünü oğluna tutur və qışqıraraq deyir ki, oğlum, sən geri dönməlisən. Gəldiyimiz maşının izini tutub getməyin gərəkdi...

Uşaq atasının dediyi kimi də edir və 3 km yolu tək-tənha, 30-35 dərəcə şaxtada gedir və xilas olur. Hazırda uşağın atasının meyitinin tapılması üçün müvafiq işlər görülür.

Elbəyi Həsənli
Musavat.com

Xəbərin orijinalı bu linkdə: https://social.primechaniya.ru/blog/43864460238/Trehletniy-malchik-samostoyatelno-vyishel-iz-taygi-posle-smerti-












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru