Qazaxıstanda saxlanılan Azərbaycan balıqçılarına qarşı cinayət işi açılıb - FOTO

31-12-2018, 08:10           
Qazaxıstanda saxlanılan Azərbaycan balıqçılarına qarşı cinayət işi açılıb - FOTO
Dekabrın 28-də Xəzər dənizinin Qazaxıstan sularında saxlanılan 4 Azərbaycan vətəndaşına qarşı dövlət sərhədlərini pozma ittihamı üzrə cinayət işi açılıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən "Nur.kz" məlumat yayıb.

İlkin olaraq gəmidə 40 ədəd nərə tipli balıq ovu nümunəsi, aşkar olunduğu bildirilsə də, sonradan dəyən ziyanın daha böyük olduğu ortaya çıxıb. Sərhədçilər balıqçı gəmisində dəyəri 496 min 266 dollar olan 794 kiloqramlıq 198 ədəd nərə tipli balıq nümunəsi aşkar edərək götürüblər.

Balıqçılar saxlanılan zaman silahlı insident baş verib. Onlardan biri güllə yarası alıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru