Rusiyada yaşayış binası çökdü – Ölənlər və xeyli yaralı var

31-12-2018, 13:21           
Rusiyada yaşayış binası çökdü – Ölənlər və xeyli yaralı var
Ötən gecə Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında partlayış baş verib.
Qaz sızması nəticəsində bş verən partlayışdan sonra binanın bir hissəsi çöküb. İlkin məlumata görə, onmərtəbəli binanın dağıntıları altında qalan şəxslərdən 3 nəfər ölüb, xeyli insan isə yaralanıb. Dağıntılar altında daha bir neçə nəfərin qaldığı bildirilir.
Qeyd edək ki, hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin təcili göstəriş verib və fövqəladə hallar naziri Yevgeni Ziniçev ilə səhiyyə naziri Veronika Skvortsovanı Maqnitorsk şəhərinə göndərib./publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru