Yutada "OmegA" raketinin ilk pilləsi sınaqdan keçirilib

31-05-2019, 07:34           
Yutada "OmegA" raketinin ilk pilləsi sınaqdan keçirilib
"Northrop Grumman" korporasiyası ABŞ-ın Yuta ştatında daşıyıcı-raket "OmegA"nın ilk pilləsi sınaqdan keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sınaq zamanı raketin mühərriki 122 saniyə işləyib. Raketin ikinci pilləsinin genişmiqyaslı sınaqdan keçirilməsi cari ilin payız mövsümündə nəzərdə tutulub.

Kosporasiyasının vitse-prezidenti və baş müdiri Skott Ler bildirib ki, daşıyıcı-raket "OmegA"nın hazırlanması prioritetdir: "Biz ABŞ-ın Hərbi Hava Qüvvələrlərinə əhəmiyyətli faydalı yüklərin kosmosa çatdırılmasını təmin etmək niyyətindəyik. Biz ilk pilləni 2019-cu ilin yaz mövsümündə sınaqdan keçirəcəyimizə söz vermişdik və sözümüzü tutduq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru