“Oktay Gülalıyevin İstanbula sabah aparılacağı gözlənilir” - Baş həkim

5-11-2019, 20:16           
“Oktay Gülalıyevin İstanbula sabah aparılacağı gözlənilir” - Baş həkim
“Oktay Gülalıyevin sabah İstanbula aparılacağı gözlənilir”.

Bunu APA-ya açıqlamasında Neyrocərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov bildirib. Onun sözlərinə görə, hələlik vaxt və məkanla bağlı məlumatlar dəqiqləşdirilir: “Hazırlıq işləri gedir. Vaxt və xəstəxana müəyyən edildikdən sonra Oktay Gülalıyev Heydər Əliyev Fondu vasitasilə Türkiyəyə aparılacaq”.

Baş həkim hüquq müdafiəçisinin vəziyyətinin ağır olduğunu bildirib.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hazırda onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru