Azərbaycanlılar arasında atışma - VİDEO

15-12-2019, 09:52           
Azərbaycanlılar arasında atışma - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində Frunzenski tərəvəz anbarında azərbaycanlılar arasında silahlı atışma baş verib. Oxu.az xəbər verir ki, Sofiyski küçəsində yerləşən anbar ərazisində beş nəfər mübahisə edib.

Hadisə yerinə gələn hüqüq-mühafizə orqanı əməkdaşları ərazidən travmatik silah, "Nissan Teana” və "Volksvagen Polo” markalı avtomobillər aşkar edilib.

Avtomobillərdən biri 41 yaşlı azərbaycanlıya, digəri isə "Sestroreçka” şirkətinə aid olub.

Videomüşahidə kameralarına baxış zamanı, avtomobillərdən çıxan beş şəxsin arasında mübahisə baş verdiyi və onların travmatik silahlardan istifadə etdikləri müəyyən olub.

Daha sonra onlar ərazini tərk ediblər. Araşdırma zamanı, "Nissan” sahibi avtomobilin onun Sankt-Peterburqda qeydiyyatsız yaşayan 42 yaşlı azərbaycanlı tanışının idarə etdiyini deyib.

Hadisə ilə bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru