Gürcüstanda anti-erməni ovqatı güclənir

23-03-2016, 22:37           
Gürcüstanda anti-erməni ovqatı güclənir
Yanvarın sonlarında – fevralın əvvəlində Gürcüstanda, xüsusən də sosial şəbəkələrdə və internet-forumlarda ermənilərlə bağlı mövzular müzakirəyə çıxarılıb. Ermənilər daha çox nifrət və istehza obyektinə çevriliblər.

Gürcüstanın nüfuzlu forumunda (forum.ge) təkcə yanvarın son dekadasında açılan mövzular bunlar olub: “Erməni “minnətdarlığı” insanlıqdan kənardı”, “Gürcü daisisi erməni rəqsi elan edildi”, “Yerevan “Ararat”ı Abxaziyaya toplanışa gəldi”, “Ermənilərin xarici görünüşü barədə mövzu”, “Leonardo da Vinçi erməni olub” (ironiya) və s.

Nəhayət bir Gürcüstan sakini “Forumda hər ikincimövzu ermənilərlə bağlıdır və hamısı da neqativdir” mövzusunu açıb. Daha sonra müzakirə TV-ə keçib. “Rustavi-2” telekanalı bunun niyə baş verməsi ilə bağlı tok-şou təşkil edib.

“Azadlıq” radiosunda gürcü filosof və fəal Georgi Maysuradze “Ermənifobiya” adlı məqalə dərc edib və bildirib ki, Gürcüstandan ermənilərə düşmən münasibət ksenofobiyanın ən geniş yayılmış formasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru