İqtisad Universitetinin müəllimi Qarabağ əlilini hədələyir- FOTO
24-03-2016, 20:15
Bakı Müharibə Əlilləri və Veteranlar Biriyinin sədri, "Qurtuluş" batalyonunun qərərgah rəisi, 2 ci qrup Qarabağ əlili Fuad Rzayev İqtisadiyyat Universitetinin müəllimi Sakit Yaqubov tərəfindən hədələnir. Belə ki, F.Rzayevin dədə-baba bağında qonşusu İqtisadiyyat universitetinin müəllimi Sakit Yaqubov qanunsuz olaraq əlilin hasarına bitişik villa tikdirir. (Görəsən İqtisadiyyat Universitetinin müəllimi nə qədər maaş alır ....). Bununla kifayətlənməyən Sakit müəllim Qarabağ əlillərinin yaratdıqları və ordan dolanışıqlarını çıxartdıqları fermanı sökdürmək istəyir. Sakit müəllim o qədər gözü qızıb ki, hətta onunla söhbət edən və onun bu həreəkətinə görə qınayan əlillə belə tutaşmaqdan çəkinməyib. Qeyd etmək istəıyirik ki, Fuad bəyin dediyinə görə bu bağ onun babasınındır. Sakit müəllim isə cəmi 2 ildir gəlib.Dünənə qədər heç bir problem olmayan bu yerdə Sakit müəllimin gəlməyi ilə qalmaqal başlayıb. Hətta S.Yaqubov əlilin başına oyun aça biləcəyini deyib. Əgər dediklərini yerinə yetirməzsə... teref.az