İntihar edən şagirdin son məktubu üzə çıxdı: "Onlardan bezmişəm" - FOTO

3-03-2022, 13:04           
İntihar edən şagirdin son məktubu üzə çıxdı:
Ötən gün Xudatda məktəblinin intihar etməsi ilə bağlı bəzi detallar məlum olub.

Teref.az Lent.az-a istinadən məlumatına görə, sosial şəbəkələrdə hadisə ilə bağlı bəzi iddialar yayılıb.

İddialara görə, M. Vəliyev intihardan əvvəl yazdığı məktubda atasından, müəllimlərdən və direktordan bezdiyini qeyd edib.

Həmçinin, şagirdin direktorun onun telefonunu əlindən aldığına görə intihar etdiyi də iddialar sırasındadır.

Daha bir məlumata görə isə, şagirdin yaxınları hadisəyə görə direktoru döydüyü bildirilir.

Faktla bağlı şagirdin oxuduğu 1 saylı məktəbin direktoru Ayaz Mirzəyevlə əlaqə saxladıq.

A. Mirzəyev açıqlamasında yayılan iddiaların əsassız olduğunu bildirdi: "Onun sözlərinə görə, prokurorluqda şagirdin yazdığı məktub onun yanında oxunub:

“Şagird məktubunda yazıb ki, məni düzgün başa düşmürlər. Yaxınlarımdan, oxuduğum məktəbdən narazıyam. Orada direktordan bezmişəm ifadəsi olmayıb”.

Direktor həmçinin mərhum şagirdin məktəbdə intizam qaydalarına riayət etmədiyini də dilə gətirib.

Onun sözlərinə görə, dəfələrlə bununla bağlı M. Vəliyevin valideynləri məktəbə dəvət olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru