Belarusda hərbi texnika kolonunun hərəkəti müşahidə edilib - Xüsusi identifikasiya nişanı olan + VİDEO
4-03-2022, 08:39
Sosial şəbəkələrdə Brest vilayətində Belarus ordusuna məxsus texnikanın hərəkəti ilə bağlı kadrlar yayılıb. Kolon Minsk vaxtı ilə 9:54-də M-10 şossesində Droqiçin yaxınlığında Pinsk istiqamətində müşahidə edilib.
Məlumata görə bu, Belarus Respublikası Silahlı Qüvvələrinin 38-ci artilleriya briqadasıdır. Maşınların üzərində identifikasiya nişanı - qırmızı düzbucaqlı nəzərdən yayınmayıb.
Sosial şəbəkələrdə onların hara doğru hərəkət etməsi sual doğurub.