Şahzadə Harri ilə Meqan Markl ayrıldı

13-11-2022, 16:19           
Şahzadə Harri ilə Meqan Markl ayrıldı
Şahzadə Harri və aktrisa həyat yoldaşı, hersoginya Meqan Markl ayrılmağa qərar verib.

Publika.az-ın məlumatına görə, xəbər sosial mediada yayılıb. Kral eksperti bildirib ki, cütlük artıq birlikdə deyil və artıq ayrı yaşayırlar. Ailənin nümayəndələri bununla bağlı heç bir şərh bildirməyib. Rəsmi təkzib və təsdiq verilməsə də, iddia olunur ki, cütlük artıq boşanmaq üçün məhkəməyə müraciət edib.

Qeyd olunub ki, ayrılmaq istəyən tərəf Harridir.

Xatırladaq ki, cütlük 2018-ci ildə ailə qurub. 2020-ci ildə isə Britaniya şahzadəsi Harri və həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl kral ailəsi üzvləri səlahiyyətlərindən imtina etdiklərini elan etdi. Şahzadə ilə xanımı və kral ailəsi arasında böyük səs-küy yaradan qalmaqallar da bundan sonra başladı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru